Sulşer məşhur klubun baş məşqçisi ola bilər

16 Oktyabr 2025 02:20 (UTC+04:00)

"Beşiktaş” və “Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer Şotlandiyanın “Rancers” klubuna baş məşqçi təyin oluna bilər. SİA xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Şotlandiya klubu bir neçə gün öncə baş məşqçi Rasell Martin ilə yollarını ayırıb və onun yerinə namizəd axtarır. Sulşerə qədər hazırda işsiz olan Stiven Cerrard bu vəzifəyə qayıtmaqdan imtina edib. Ole Qunnar Sulşer də hazırda işsizdir. “Beşiktaş” rəhbərliyi onu komandanın Konfrans Liqasından kənar qalmasına görə istefaya göndərmişdi.