Rəşad Əbdürəhmanov vəzifəsindən ayrılıb

15 Oktyabr 2025 20:57 (UTC+04:00)

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanov vəzifəsindən ayrılıb.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Bildirilib ki, mütəxəssis bundan sonra fəaliyyətini federasiyada müşavir kimi davam etdirəcək.

Qeyd edək ki, Rəşad Əbdürəhmanov 2013-cü ildən Azərbaycan üzgüçülük millisinə başçılıq edirdi.