Putin Əsədi devirən Suriya prezidenti ilə görüşüb...

15 Oktyabr 2025 19:15 (UTC+04:00)

SİA-nın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, Kremldə Vladimir Putin və Suriyanın keçid prezidenti Əhməd əl-Şara arasında keçirilən Rusiya-Suriya danışıqları yekunlaşıb.

Görüş iki saat yarımdan çox davam edib. Putin və əl-Şaraa əvvəlcə məhdud tərkibdə danışıqlar aparıb, daha sonra görüş onların nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Rusiya paytaxtına səfərindən əvvəl əş-Şara Suriyanın Rusiya ilə sakit münasibətlər qurduğunu vurğulayıb. O hesab edir ki, Dəməşqin Moskva ilə münasibətləri onun Qərblə, konkret olaraq ABŞ-la qarşılıqlı əlaqəsi ilə ziddiyyət təşkil etmir.

...Əl-Şara 2024-cü ilin dekabrında diktator Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Suriyanı ələ keçirdi. Əsəd və ailəsi Rusiyadan sığınacaq aldı.

2025-ci ilin yanvarında Rusiya nümayəndə heyəti Dəməşqə səfər etdi. Bir ay sonra Putin ilk dəfə Əhməd əl-Şaraa ilə danışdı.

Rusiya lideri dialoq zamanı Moskvanın Suriyaya dəstəyini davam etdirəcəyini və ona humanitar yardım göstərəcəyini vurğulayıb.

Rusiya Suriyanın Tartus və Xmeymim şəhərlərində hərbi bazalarını saxlayır.

Əli Babayev