Media: Rusiya Silahlı Qüvvələri Xersona hücuma başlayıb...

15 Oktyabr 2025 18:21 (UTC+04:00)

Rusiya Silahlı Qüvvələri Karantinnı adasına enib. Onu nəzarət altına almaq Xerson metropoliteninin bütün qərb hissəsi üzərində demək olar ki, tam hökmranlıq demək olacaq.

SİA xəbər verir ki, bu barədə çərşənbə günü, oktyabrın 15-də “Voennoye Delo” hərbi müxbirlərə istinadən məlumat yayıb. Jurnalistlərin fikrincə, bu əməliyyatdan əvvəl Rusiyanın Korabel rayonunu təcrid etmək və Ukrayna Silahlı Qüvvələrini oradakı mövqelərindən sıxışdırmaq məqsədi daşıyan körpülərə kütləvi zərbə endirib.

...Bəzi hərbi analitiklər Rusiyanın Xersondakı əməliyyatının o qədər də genişmiqyaslı olmadığı qənaətindədirlər. Onların fikrincə, bu, Xersona genişmiqyaslı hücumdan daha çox konkret adanı işğal etmək cəhdidir, - hesabatda deyilir.

Rusiya Müdafiə Nazirliyi bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye və yanacaq-energetika obyektlərinə kütləvi zərbələr endirib. Milli Ordu qurudan, havadan və dənizdən uzaqmənzilli dəqiq təyinatlı silahlarla, eləcə də hücum pilotsuz uçuş aparatları ilə düşmən ərazisinə hücuma keçib.

Əli Babayev