...“Samsung” Çində premium W26 qatlanan smartfonunu təqdim etdi.
SİA-nın məlumatına görə, bunu sənaye nəşri SamMobile qeyd edib.
W26, iyul ayında satışa çıxarılan Galaxy Z Fold 7-nin "bir az təkmilləşdirilmiş" versiyası kimi görünür.
Hər iki cihazda 8 düymlük qatlana bilən ekran və 6,5 düymlük xarici displey, həmçinin flaqman Snapdragon 8 Elite çipi var.
Bununla belə, W26 Çin bazarına xas xüsusiyyətə malikdir: quraşdırılmış peyk rabitəsi dəstəyi…
Bu unikal xüsusiyyət dünyanın qalan hissəsində mövcud deyil.
Həmçinin, Galaxy Z Fold 7-dən fərqli olaraq, onun çinli analoqu 16 GB operativ yaddaşa malikdir, dünyanın qalan hissəsində isə yalnız 12 GB RAM var.
W26 həmçinin iki rəngli Kevlar qutusu, 25 vatt güc adapteri və USB kabeli ilə birlikdə gəlir.
Galaxy Z Fold 7 kimi, Çin bazarı üçün qatlana bilən flaqman da 200, 12 və 10 meqapiksellik linzaları olan üçlü kameraya, IP48 qorumasına və 4400 mAh batareyaya malikdir.
Nazlı Almuradova