Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

15 Oktyabr 2025 15:12 (UTC+04:00)

Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini F. Rasulov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. F. Rasulov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.