Naxçıvanda 1,2 hektar sahədə badam və ərik toxumu əkiləcək - FOTOLAR

15 Oktyabr 2025 13:09 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyinde olan “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC-nin əməkdaşları tərəfindən Qoşadizə və Xətai tinglik sahələrində yeni toxmacarlıqların yaradılması məqsədi ilə aqrotexniki qaydalara uyğun olaraq şum, kultivasiya və şırma açma işləri görülüb. Nazirliyin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, ümumilikdə 1,2 hektar sahəyə yaxın günlərdə badam və ərik toxumu əkilməsi planlaşdırılır. Əkiləcək toxumlar yetişdirildikdən sonra ting halında əkin dövriyyəsinə buraxılacaq.