Futzal üzrə Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq. Azərbaycan Futzal Federasiyasından SİA-ya bildirilib ki, yığma oktyabrın 16-dan 19-dək hazırlıq prosesi keçirəcək. Toplanışın sonunda yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Baş məşqçi Yevgeni Kukseviç məşq prosesinə 5-i qapıçı olmaqla, ümumilikdə 20 futzalçı dəvət edib.
Qapıçılar: Emin Kürdov, Hüseyn Əbdülov, Rövşən Hüseynli (hamısı “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Neftçi” İK), Cavad Məmmədov (“Baku Fire”)
Oyunçular: Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə (hamısı “Araz-Naxçıvan”), Emil Həsənzadə, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı “Neftçi” İK), Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Nurlan Məmmədov, Eldar Zeynalov (hamısı “Baku Fire”), Oqtay Mahmudzadə, Pünhan Qasımzadə (hər ikisi U-19).