Prezident İlham Əliyevin 3-cü Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciəti oxunub - YENİLƏNİB

15 Oktyabr 2025 12:22 (UTC+04:00)

Oktyabrın 15-də Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb. Forum "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilir. SİA xəbər verir ki, Xankəndi şəhərində keçirilən 3-cü Milli Şəhərsalma Forumunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.