"Energetika sahəsi daim yenilənən bir sahədir" - Vaqif Aydınoğlu

15 Oktyabr 2025 12:07 (UTC+04:00)

“Ümumilikdə keçirdiyimiz tədbir "Azərişıq" ASC-nin yaranmasının 10 illiyinə həsr olunub. Əsas məqsəd ölkə ərazisində energetiklərimizin biliklərini və iş təcrübələrini bölüşmək, fikir mübadiləsi aparmaq, həmçinin onların nəzəri biliklərinin yenilənməsinə xidmət etməkdir. Energetika sahəsi daim yenilənən bir sahədir, buna görə də innovativ yeniliklər bu istiqamətdə hər zaman aktuallıq kəsb edir. Biz də müasirliyə, yeniliyə ayaq uydurmaq üçün əməkdaşlarımıza mütəmadi olaraq müxtəlif proqramlar və təlimlər keçiririk”. SİA xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş ümumrespublika müsabiqəsinin final mərhələsində çıxışı zamanı deyib.

O bildirib ki, ümumilikdə bütün regionlarda tədbirlər keçirilib və final mərhələsi Hadrutda baş tutur: “Burada 11 komanda iştirak edir. Yarış iki mərhələdən – nəzəri və praktiki hissələrdən ibarətdir. Bizim işimiz müharibənin ilk günündən necə başlayıbsa, bu gün də cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında eyni səviyyədə davam edir. Qarşımıza qoyulan bütün vəzifələri vaxtından əvvəl yerinə yetirmişik”.