Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü oktyabrın 16-da paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək. Təhsil İdarəsindən SİA-ya bildirilib ki, layihənin budəfəki qonağı Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, təhsil islahatlarının cəmiyyətin inkişafına təsiri, müəllim-şagird münasibətləri, asudə vaxtın düzgün təşkil olunması və digər maraq doğuran mövzular ətrafında söhbət aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.