Mərkəzi Gömrük Hospitalında ilkin yanğın təhlükəsizliyi qaydaları ilə bağlı praktiki təlim keçirilib

15 Oktyabr 2025 11:06 (UTC+04:00)

14 oktyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında inzibati və tibbi heyət üçün fövqəlada hallar zamanı ilkin yanğın təhlükəsizliyi qaydaları və pasiyentlərin təxliyyəsi ilə bağlı praktiki təlim keçirilib.Təlimdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, müxtəlif şöbələrinin əməkdaşları, tibb bacıları, tibb qardaşları, həkim-rezidentlər və texniki işçilər iştirak ediblər.

Təlimin praktiki hissəsində Mərkəzi Gömrük Hospitalının yanğından mühafizə üzrə məsul şəxs Qasımov Rizvan ilkin yanğın zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, fövqəladə hallarda pasiyentlərin təhlükəsiz şəkildə təxliyəsi prosesi barədə geniş məlumat verib, yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması üçün davranış qaydaları, ilkin yanğın təhlükəsizliyi qaydalarını və idarə olunması proseslərini ardıcıl şəkildə vizual olaraq izah edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb və praktiki nümunələr üzərində fikir mübadiləsi həyata keçirilib.