Azərbaycanın həndbol hakimləri Avropa çempionatına təyinat alıblar

15 Oktyabr 2025 10:03 (UTC+04:00)

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından yeni təyinat alıblar. SİA xəbər verir ki, ədalət təmsilçiləri qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsində təşkil olunacaq Serbiya- Litva görüşünün hakimləri olacaq.

Matç oktyabrın 16-da Belqrad şəhərindəki “Vojdovats” İdman Mərkəzində keçiriləcək.