Rusiya hərbçiləri Ukraynada bir qədər də irəlilədi

15 Oktyabr 2025 08:16 (UTC+04:00)

Rusiya silahlı qüvvələri Donetsk vilayətinin Mirnoye, Perebudov və Komar rayonlarında müəyyən mövqeləri ələ keçirib. SİA xəbər verir ki, bu barədə “DeepState” layihəsinin məlumatında deyilir. Bildirilib ki, maddi-texniki təminat və mövqe tutmaq imkanlarının çətinləşməsi, üstəlik rusların “təmizləmə” əməliyyatına başlaması ərazi itkisi ilə nəticələnib.