ABŞ Senatında hökuməti maliyyələşdirmək və şatdauna son qoymaq üçün Respublikaçılar Partiyasının irəli sürdüyü layihə üzrə səsvermə səkkizinci dəfə uğursuz olub. SİA-nın məlumatına görə, layihə Demokratlar Partiyasından heç bir yeni dəstək qazana bilmədiyi üçün 60 səslik baryeri keçməyib. Layihənin lehinə 49, əleyhinə 45 senator səs verib, 6 nəfər səs verməkdən imtina edib.
Demokratlar Partiyasının irəli sürdüyü layihə üzrə səsvermə keçirilməyib.
Şatdaun oktyabrın 1-dən qüvvədədir.