Cari ilin doqquz ayında Naxçıvanda 29 nəfər dəm qazından zəhərlənib.
SİA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkim vəzifələrini müvəqqəti icra edən Hüseyn Əsgərov məlumat verib.
Bildirilib ki, qeyd olunan müddətdə zəhərlənmə hallarının hamısı ambulator formada qeydə alınıb və xəstələrə lazımi tibbi yardım göstərilib.
Həkimin sözlərinə görə, dəm qazı ilə zəhərlənmə halları, əsasən, qış aylarında, xüsusilə yanvar və mart aylarında daha çox müşahidə olunub.