Bu ilin 9 ayında Bakıda 521 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb - AQTA

14 Oktyabr 2025 16:43 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin AQTA) Bakı regional bölməsinin əməkdaşları tərəfindən bu ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 521 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 23 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Həmin müəssisələrdən 11-i tam sağlamlaşdırılaraq, yəni qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 7-də müvafiq tədbirlər görülməkdədir, 5 sahibkar isə həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb.

Həmin müəssisələr barədə linkdən öyrənmək olar.