Əvvəllər belə hesab edilirdi ki, Terrakotta ordusu hələ də keşiyində dayanan əfsanəvi Qin İmperatoru ölümsüzlük iksirini axtarmaq üçün yalnız şərqə ekspedisiyalar göndərir. Lakin Tibet dağlarında aşkar edilmiş yeni qeydlər bunu təkzib edir.
İmperator Qin Şi Huanqın ölümsüzlük arzusunda olduğu məlumdur. O, ölməzlik iksirini axtarmaq üçün şərqə, dənizə ekspedisiyalar göndərdi.
Oradakı bir adada sehrli bir iksir sahibi olan ölməz insanlar olduğuna inanılırdı.
Bununla belə, elm adamları Qnghai əyalətindəki Tibet dağlarında, dörd kilometrdən çox hündürlükdə qeydlər aşkar etdilər ki, bu ekspedisiyaların Çinin qərbinə də getdiyini göstərir.
Yazıya görə, ekspedisiyaya beşinci səviyyəli Grand Master Yi rəhbərlik edirdi.
Qin Şi Huanqın hakimiyyətinin 37-ci ilində Qyarinq gölünə çatdılar və Kunlundan 64 kilometr aralıda dayandılar.
Çin Sosial Elmlər Akademiyasının Arxeologiya İnstitutu qeyd edib: "Bu, ilk dəfə Qin Şi Huanqın qərb ekspedisiyasını təsdiqləyən unikal tapıntıdır".
Mətnin Qin sülaləsinin rəsmi xəttatlıq üslubu olan qədim Xiaozhuan yazısı ilə həkk olunmasına və mövcud qeydlərə uyğun olmasına baxmayaraq, tədqiqatçılar hələ də onun həqiqiliyinə şübhə edirlər.
Əvvəllər elm adamları ölməzliyə nail olarsa, insan orqanizminə nə olacağını izah edirdilər.
Nazlı Almuradova