Azərbaycanla Qazaxıstan arasında Protokol imzalanıb

14 Oktyabr 2025 13:13 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasının nəticələrinə dair Protokol imzalanıb. SİA xəbər verir ki, sənədi Komissiyanın həmsədrləri Azerbaycan Respublikası energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev imzalayıblar.

Qeyd edək ki, Komissiyanın iclası bu gün Bakıda keçirilib.