Azərbaycan Milli Kitabxanasında Türkmənistan guşəsi açılıb - YENİLƏNİR/FOTO

14 Oktyabr 2025 12:28 (UTC+04:00)

13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir. SİA xəbər verir ki, bu çərçivədə Azərbaycan Milli Kitabxanasında Türkmənistan guşəsinin açılış mərasimi və dəyirmi masa keçirilir. Tədbirdə hər iki ölkənin ziyalıları, mədəniyyət xadimləri iştirak edir.

Dəyirmi masa ətrafında gedən müzakirələr zamanı M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov bildirib ki, Türkmənistan guşəsi daim yeniləri ilə təmin ediləcək.

Türkmənistan dövlətinin Azərbaycanın işğaldan azad etdiyi Füzulidə məscid inşa etməyə başlaması iki ölkə arasındakı əlaqələrin inkişafına yaxşı bir nümunə olduğunu bildirən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ikili münasibətlərdə mədəni əlaqələrin vacibliyini vurğulayıb.