“Türkmənistan guşəsi yeni ədəbiyyat nümunələri ilə təmin ediləcək” - Kərim Tahirov

14 Oktyabr 2025 12:13 (UTC+04:00)

Bakıda Azərbaycan-Türkmənistan Günləri keçirilir. Bu gün isə Azərbaycan Milli Kitabxanasında Türkmənistan Ədəbiyyatı guşəsinin açılışı keçirilir. Bu çərçivədə iki ölkənin mədəniyyət nümayəndələri arasında dəyirmi masa ətrafında görüş keçirilir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov deyib.

O bildirib ki, Türkmənistan Ədəbiyyat guşəsində ölkənin ədəbiyyat, coğrafiya, tarixinə aid kitablar təqdim olunur: “Bu kitablar oxucuların daim müraciət edəcəyi guşəyə çevriləcək. İl ərzində sözügedən guşə yeni ədəbiyyat nümunələri ilə də təmin ediləcək”.