21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün 4-cü oyununa çıxacaq. SİA xəbər verir ki, B qrupunda yer alan yığma Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi 3 turdan sonra B qrupunda 1 xalla 5-ci pillədə qərarlaşıb. Şotlandiya isə 3 xalla 4-cü sırada yer alıb.