“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca sərhəd-keçid prosedurları sadələşdiriləcək

14 Oktyabr 2025 10:06 (UTC+04:00)

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca sərhəd-keçid prosedurları sadələşdiriləcək. SİA xəbər verir ki, bu, Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşə dair Kommünikedə əksini tapıb. Eyni zamanda dəhliz boyunca nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasının zəruriliyi vurğulanıb.