Üç ölkənin elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə müzakirələri davam etdirəcək

14 Oktyabr 2025 10:04 (UTC+04:00)

Azərbaycan, İran və Rusiya arasında elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki səviyyədə müzakirələr davam etdiriləcək. SİA xəbər verir ki, bu, Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşə dair Kommünikedə əksini tapıb.

Görüşdə nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.