HƏMAS açıqladı

14 Oktyabr 2025 07:48 (UTC+04:00)

HƏMAS hərəkatı Qəzza zolağındakı döyüşçülərinin tərksilah edilməsi məsələsinin şişirdildiyini bildirir və həll olunacağına inanır. SİA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı HƏMAS nümayəndəsinə istinadən məlumat yayıb. “Tərksilah mürəkkəb və qarışıq məsələdir, lakin biz buna həll yolu tapacağıq. Bizim yalnız əsas silahlarımız var, bu problem şişirdilir", - deyə bildirilib.