Qara dənizdə ukraynalı heyətin olduğu yük gəmisi batdı

14 Oktyabr 2025 04:27 (UTC+04:00)

Qara dənizdə ukraynalı heyətin olduğu yük gəmisi batıb. SİA xəbər verir ki, bu barədə Bolqarıstanın “Maritime” nəşri məlumat yayıb. Türkiyədən Ukraynaya gedən “Eileen” gəmisi Varnadan 260 km aralıda batıb. Xilasetmə əməliyyatında Bolqarıstan, Türkiyə və Rumıniya iştirak edib. Bütün dənizçilər xilas edilib. Gəminin batmasının səbəbləri araşdırılır.