Tramp: Qəzzada çoxsaylı yenidənqurma və tikinti işləri aparacağıq

13 Oktyabr 2025 22:02 (UTC+04:00)

“Qəzzaya çoxlu pul gələcək və çoxsaylı yenidənqurma və tikinti işləri aparacağıq”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammiti sonrası yekun bəyanatında deyib. O bildirib ki, bu yenidən qurmaq deyil, əsl quruculuq olacaq. “Təmizləmə və tikinti işləri aparılacaq. Mən böyük sərvətə, gücə və ləyaqətə malik olan çoxsaylı ölkələrin məhz bu gün və son bir həftə ərzində mənim yanıma gəlib Qəzzanın yenidən qurulmasına kömək etmək istədiklərini, lazım olan hər şeyə hazır olduqlarını bildirməkdən məmnunam. Bu, əlbəttə ki, çox puldur, lakin nəhəng ölkələrin sərvəti ilə müqayisədə böyük deyil”, - deyə Tramp əlavə edib.