Əs-Sisi: Şarm əl-Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:12 (UTC+04:00)

Şarm əl-Şeyx Sülh Sammiti həlledici tarixi andır. Misir ABŞ Prezidenti Donald Trampın müdrik siyasətini yüksək qiymətləndirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Şarm-əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində çıxışında bildirib.

Misir Prezidenti vurğulayıb ki, Qəzza üzrə sülh razılığı bəşəriyyət tarixində ağrılı səhifəni bağlayacaq.