"Trampın Qəzzanın qurulmasında böyük rol oynamasını istəyirik"

13 Oktyabr 2025 19:48 (UTC+04:00)

Prezident Trampın Qəzzanın yenidən qurulmasında böyük rol oynamasını istəyirik.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə bildirib.

“Qəzzaya humanitar yardımın daxil olması təmin edilməlidir”, - deyə əs-Sisi vurğulayıb.

Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.