“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:04 (UTC+04:00)

“Bu gün Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi keçirilir. Belə ki, 13–16 oktyabr tarixlərində keçiriləcək bu günlər çərçivəsində Azərbaycana Türkmənistandan böyük bir nümayəndə heyəti gəlib. Hansı ki, bu gün onların sərgisinin, fotoşəkillərinin, rəssamlarının, xalçaçılarının əsərlərindən ibarət sərginin açılışı keçirildi”.

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev deyib.

O bildirib ki, sabah Bakıda Türkmənistan Milli Mətbəx Gününün açılış mərasimi keçiriləcək və daha sonra Gəncə şəhərində bu proqramlar davam edəcək. Gəncə Dövlət Filarmoniyasında növbəti konsert baş tutacaq.

Bu tədbirlər, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə, bizim mədəni mübadiləmizə öz müsbət təsirini göstərir və ən önəmlisi tədbirlər ardıcıl şəkildə keçirilir”.