Oktyabrın 15-dən 17-dək Almatıda təhsil sahəsində ən böyük beynəlxalq tədbir - Ümumdünya İnklüziv Təhsil Konqresi keçiriləcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, forum inklüziv təhsil sahəsində aparıcı dünya ekspertlərini və təcrübəçiləri bir araya gətirəcək.
Konqresdə 40 ölkədən 1200-dən çox nümayəndənin - nazirlərin, beynəlxalq ekspertlərin, BMT-nin, UNESCO-nun, aparıcı universitetlərin və tədqiqat institutlarının nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirin əsas nəticəsi qlobal miqyasda inklüziv siyasətin gələcək inkişafı üçün strateji istiqamətləri müəyyən edən beynəlxalq sənədin - İnklüziv Təhsil üzrə Almatı Bəyannaməsinin müzakirəsi olacaq.