SİA-nın əldə etdiyi məlumata görə, RFI xəbər verir ki, Madaqaskar prezidenti Andri Rajoelina Fransanın dəstəyi ilə ölkədən qaçıb.
Nəşrin məlumatına görə, Rajoelina Madaqaskardan Fransanın hərbi təyyarəsi ilə ayrılıb.
Təxliyyə Fransa prezidenti Emmanuel Makronla razılığa əsasən həyata keçirilib.
...Təxliyə Fransa prezidenti Emmanuel Makronla razılığa əsasən həyata keçirilib. Fransa hakimiyyəti sentyabrın 25-dən ölkəni lərzəyə gətirən Madaqaskarda daxili böhrana qarışmadıqlarını bəyan edib, - nəşr yazır.
Rajoelinanın hazırda harada olduğu bilinmir, lakin prezident administrasiyası siyasətçinin daha sonra xalqa müraciət edəcəyini açıqlayıb.
Xatırladaq ki, Madaqaskarda genişmiqyaslı etirazlar ölkə boyu su və elektrik enerjisinin geniş kəsilməsindən sonra başlayıb.
Əli Babayev