Goldman Sachs: Rusiya neft hasilatı çökür…

13 Oktyabr 2025 20:16 (UTC+04:00)

...Rusiyanın neft sənayesi mühərrikləri sıradan çıxan sərnişin təyyarəsi kimi çökməkdə davam edir. İşğalçı ölkədə xam neft hasilatı hazırda gündə 9,3 milyon barel təşkil edir, lakin 2026-cı ilə qədər ən azı 10 faiz azalaraq 8,4 milyona çatacağı proqnozlaşdırılır.

SİA-nın məlumatına görə, “The Telegraph” yazır ki, Goldman Sachs analitiki Rusiyada neft hasilatının azalacağını proqnozlaşdırıb.

Rusiyanın problemləri sadə və qorxuludur: Ukraynanın hava hücumları neft emalı zavodlarını dayandırır, neftin əvvəlki səviyyədə emalını qeyri-mümkün edir, bu isə mənfəətin azalmasına gətirib çıxarır.

Neft şirkətləri daha az xam neft istehsal etmək məcburiyyətindədirlər, halbuki onlar üçün əsas vergi dərəcəsi dəyişməz olaraq 17 faiz səviyyəsində qalır.

Məqalədə qeyd edilir ki, Rusiya artıq bütün enerji resurslarının (qaz, neft, kömür və LNG) satışından minimum gəlir üzrə öz rekordunu müəyyənləşdirib – gündəlik 546 milyon avro.

Belə aşağı rəqəmlər 2022-ci ildən bəri qeydə alınmayıb.

Əli Babayev