Qafqaz Müsəlmanları İdarəsinin sədri Nyu-Yorkda BMT-nin Baş katibi ilə görüşüb

13 Oktyabr 2025 17:09 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. QMİ-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüşdə şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını BMT Baş katibinə çatdırıb.

Səmimi dialoq şəraitində keçən görüşdə dinlərarası dialoqa dair konstruktiv müzakirələr aparılıb.