İspaniya və Argentina futbol milliləri arasında Finalissima oyunu Qətərdə keçirilə bilər. SİA-nın verdiyi məlumata görə, bu barədə “Marca” məlumat yayıb. Oyunun 2026-cı ilin martın 28-də təşkili nəzərdə tutulur. Məlumata görə, FIFA bu oyunun “Lusail Iconic” stadionunda keçirilməsini istəyir. Digər variantlar isə Mayami və Ər-Riyad stadionlarıdır. Finalissima oyununun keçiriləcəyi yer haqqında son qərarın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Finallisimada son Avropa və Amerika kubokunun qalibləri qarşılaşır.