“Bodo-Glimt”in qapıçısı Rusiya millisindən imtina edib

13 Oktyabr 2025 16:49 (UTC+04:00)

“Bodo-Glimt”in qapıçısı Nikita Xaykin FIFA sistemində vətəndaşlığı kimi Böyük Britaniyanı göstərib. SİA-nın verdiyi məlumata görə, bu haqda “Sport Baza” məlumat yayıb. 30 yaşlı qapıçı yaxın zamanda daha bir dəyişiklik edərək Norveçə vətəndaşlığı almağı və həmin ölkənin milli komandasında çıxış etməyi planlaşdırır.

Qeyd olunur ki, Rusiya milli komandası məşqçi heyəti ən azı dörd dəfə Xaykinə dəvət göndərsə də, hər dəfə imtina cavabı alıb. O, bununla Rusiyanın idman vətəndaşlığındsn imtina edib. Mənbənin məlumatına görə, futbolçu artıq Norveç pasportu üçün dil testlərini verib və pasport ona sürətləndirilmiş sistemlə hazırlanır.

Xaykin 2023-cü ildən “Bodo-Glimt”də oynayır, həmçinin 2019–2022-ci illərdə də bu komandada çıxış edib. Komanda ilə birlikdə 4 dəfə Norveç çempionu olub.