Qanunsuz reklamların yayımı ilə əlaqədar müraciətlərin sayı 19 faiz artıb

13 Oktyabr 2025 14:44 (UTC+04:00)

Cari ilin yanvar-avqust ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 100 müraciətə baxılıb. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.

Hesabat dövründə baxılıan müraciətlərin 44-ü xidmət, 13-ü ticarət, 9-u qeyri-qida, 12-si ictimai iaşə, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 2-si qida, 1-i tütün məmulatları, 17-si isə digər sahələrə aid olub.

Reklam fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istehlakçıların mal və xidmətlər barədə düzgün məlumat əldə etməsini təmin edir, sahibkarların ədalətli rəqabət şəraitində fəaliyyət göstərməsinə imkan yaradır.