Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibi Antonio Quterreşi Azərbaycanda keçiriləcək beynəlxalq tədbirə dəvət edib. SİA xəbər verir ki, QMİ sədri islamdaxili dialoq və islamofobiya ilə mübarizəyə həsr olunmuş tədbirin gələn il baş tutacağını vurğulayıb.
A.Quterreş Azərbaycanı daha əvvəllər BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olduğu dövrdə bir neçə dəfə ziyarət etdiyini, bu ölkə barədə ən xoş təəssüratlarının olduğunu deyərək orada yenidən olmaqdan məmnunluq duyacağını söyləyib.
Qeyd edilib ki, tədbir Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə keçiriləcək.