Ədliyyə nazirinin Gəncədə vətəndaşlarla görüşünün vaxtı dəyişib

13 Oktyabr 2025 13:35 (UTC+04:00)

Ədliyyə naziri Fərid Əhmədovun oktyabrın 24-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul oktyabrın 31-də keçiriləcək.

Qeyd edək ki, nazir Gəncə şəhərində Gəncə şəhər və Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər rayon sakinlərini qəbul edəcək.