Ərdoğan da Misirə gedir

13 Oktyabr 2025 12:20 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şarm əl-Şeyx Sülh Sammitində iştirak etmək üçün Misirə gedəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran bəyanat yayıb.

“Ərdoğan Qəzzada əldə olunan atəşkəs razılaşması ilə bağlı ABŞ prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əl-Şeyxə səfər edəcək. Prezidentin sammitdə çıxışı, həmçinin iştirakçı ölkələrin liderləri ilə məsləhətləşmələr aparması planlaşdırılır”, - deyə Duran sosial media hesabında yazıb.