"Avromed Company” MMC qanvermə aksiyası təşkil edib - FOTO

13 Oktyabr 2025 11:37 (UTC+04:00)

“Avromed Company” MMC irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq, həmçinin onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə qanvermə aksiyası keçirib. SİA xəbər verir ki, şirkətin baş ofisində reallaşan aksiyada “Avromed Company” əməkdaşları könüllü donor kimi iştirak ediblər. Qanvermə prosesi Mərkəzi Qan Bankının ixtisaslı həkim briqadası tərəfindən həyata keçirilib. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən tibbi müayinə ilə yoxlanılıb, daha sonra qan nümunələri götürülüb.

Toplanan qan ehtiyatı Mərkəzi Qan Bankının laboratoriyalarında müayinədən keçirildikdən sonra talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək.

“Avromed Company” MMC bu təşəbbüsü korporativ sosial məsuliyyət siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirir. Şirkət gələcəkdə də sağlamlıq, sosial rifah və ictimai həmrəylik sahəsində həyata keçirilən layihələri davam etdirməklə cəmiyyətə dəstək olmağı qarşısına məqsəd qoyur.