Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilir

13 Oktyabr 2025 11:01 (UTC+04:00)

44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər həftəsi" çərçivəsində Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qarabağ Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin mühazirələri dinləniləcək. Tədbir çərçivəsində Xocalı rayonunun Ballıca kəndində Azərbaycan İlahiyyat İnstitutu və Qarabağ Universitetinin tələbələrinin birgə iştirakı ilə ağacəkmə aksiyası təşkil ediləcək.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutan “Mənəvi dəyərlər həftəsi" layihəsinin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.