Futbol üzrə U-20 dünya çempionatında yarımfinalçılar müəyyənləşib

13 Oktyabr 2025 10:58 (UTC+04:00)

Çilidə keçirilən futbol üzrə U-20 dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşib. SİA xəbər verir ki, 1/4 final matçlarından sonra Mərakeş, Fransa, Argentina və Kolumbiya növbəti raunda vəsiqə qazanıb.

Yarımfinalda Fransa Mərakeşlə, Argentina isə Kolumbiya ilə qarşılaşacaq.

Bu mərhələnin görüşləri oktyabrın 15-16-da keçiriləcək.