“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb

13 Oktyabr 2025 10:36 (UTC+04:00)

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 7-ci qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azərbaycan Futzal Federasiyasından SİA-ya bildirilib ki, FIFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan) və İrmantas Kaprasovas (Litva) oyunlarda ədaləti qoruyacaq.

Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Neboyşa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Çempionlar Liqası

Əsas mərhələ

29 oktyabr

22:00. “Araz-Naxçıvan” – “Yunayted Qalati” (Rumıniya)

Sala Sporturilor Dunarea.

30 oktyabr

19:00. “Araz-Naxçıvan” – “Differdanj 03” (Lüksemburq)

Sala Sporturilor Dunarea.

1 noyabr

18:00. “Tayqers Rurmond” (Niderland) – “Araz-Naxçıvan”

Sala Sporturilor Dunarea.