Bakıda qətl hadisəsi törətməkdə şübhəli bilinən yeniyetmə tutulub

13 Oktyabr 2025 10:06 (UTC+04:00)

Əmircan qəsəbəsində qətl hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə oktyabrın 11-də qeydə alınıb.

Orada yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Rasif Rəfail oğlu Xəlilov tutulub.

Araşdırma aparılır.