Rahil Məmmədov Azərbaycan millisinin heyətindən çıxarılıb

13 Oktyabr 2025 09:51 (UTC+04:00)

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. SİA xəbər verir ki, millimizin futbolçusu Rahil Məmmədov Ukrayna yığması ilə keçiriləcək oyunöncəsi son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.