Qəbələdə iki gün öncə xəsarət alan piyada ölüb

13 Oktyabr 2025 09:19 (UTC+04:00)

Qəbələdə iki gün öncə avtomobilin vurduğu piyada ölüb. SİA xəbər verir ki, hadisə rayonun H. Aslanov küçəsində baş verib.

Belə ki, hadisə nəticəsində xəsarət alan piyada Yaqut Bəkirova xəstəxanaya çatdırlasa da, o, bir gün sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.