Günəşdə güclü partlayışlar olacaq

13 Oktyabr 2025 08:11 (UTC+04:00)

Aktiv günəş bölgələri böyüməyə başlayıb və gecə saatlarında yenidən partlayışlar olacaq. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb. Alimlər bildiriblər ki, aktiv günəş bölgələrinin böyüməsi dərinliklərdən səthə böyük enerji ehtiyatının atılması ilə əlaqədardır. Bu isə güclü partlayışların olacağına işarədir.