Avropa çempionu karyerasını başa vurdu

13 Oktyabr 2025 04:37 (UTC+04:00)

“Lester” və Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Adriyen Silva karyerasını başa vurduğunu açıqlayıb. SİA xəbər verir ki, butbolçu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Vida məktubunda Silva bütün komanda yoldaşlarına, məşqçilərə və azarkeşlərə təşəkkürünü bildirib, xüsusi olaraq 2016-cı il Avropa Çempionatında qazanılan qələbəni xatırlayıb. Klub səviyyəsində o, “Lester”, “Sportinq”, “Monako”, “Riu Ave”, “Makkabi Hayfa”, “Sampdoriya” və Səudiyyə Ərəbistanından iki komanda – “Əl-Vahda” və “FC United”də çıxış edib. “Sportinq” ilə Silva iki dəfə Portuqaliya Kubokunu, üç dəfə isə Superkuboku qazanıb. Portuqaliya millisində yarımmüdafiəçi 26 oyun keçirib, 1 qol vurub və Avropa çempionu olub.