F1 “Apple” ilə əməkdaşlığa başlayır

13 Oktyabr 2025 05:47 (UTC+04:00)

Tezliklə Formula 1 və ABŞ-nin ən məşhur şirkətlərindən biri olan “Apple” uzunmüddətli əməkdaşlığı elan edəcək. SİA xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb. Mənbəyə görə, gələn həftə ABŞ-də keçiriləcək yarış zamanı tərəflər Formula 1-in “Apple TV+” platformasında yayımlanması ilə bağlı müqaviləni açıqlayacaqlar. Bu, ABŞ ərazisində yayımları əhatə edir. Bildirilir ki, bu əməkdaşlıq sayəsində F1 hər il 140 milyon dollar qazanacaq. Bu, hazırda ESPN-dən əldə etdiyi məbləğdən daha yüksəkdir; ESPN ilə olan müqavilə bu mövsümün sonunda başa çatır və kanal razılaşmanı yeniləməməyi qərara alıb.

Qeyd edək ki, “Formula 1” və “Apple” artıq əməkdaşlıq təcrübəsinə malikdir. Bu yay Bred Pittin baş rolda olduğu “Formula 1” filmi nümayiş olunub. Hazırda film dünya miqyasında 600 milyon dollardan çox gəlir əldə edib.